Ələt-Astara magistral yolunun Boladi kəndindən keçən ərazisində ağır qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 aprel tarixində verir.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək beton maneəyə çarpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətəri ilə xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, qəzanın başvermə səbəbi sürücünün magistral yola çıxan iribuynuzlu heyvandan avtomobili qaçırmaq istəməsi olub.
[caption id="attachment_36385" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]