Masallıda qəzaya uğramış velosipedçi vəfat edib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Martın 24-də Masallı rayonunda avtomobil hərəkətdə olarkən velosipedçini vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib. Ağır bədən xəsarətləri alan velosipedçiyə aidiyyəti üzrə yardım göstərilib.
Onun vəziyyəti ağır olduğundan martın 29-u gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatları araşdırılır.