top
Sumqayıt Kimya Sənayesinin qurucularından biri: lənkəranlı Zamin Hüseynovu tanıyaq
13 mart 2023, 05:43
- ↺ +

Sumqayıt Kimya Sənayesinin qurucularından biri: lənkəranlı Zamin Hüseynovu tanıyaq

Zamin Mirəli oğlu Hüseynov 12 noyabr 1938-ci ildə Lənkəran rayonunun Boladı kəndində kolxozçu ailəsində anadan olub. 1946-1956-cı illərdə Boladı kənd orta məktəbində təhsil alıb. Daha sonra Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsinə daxil olub və 1961-ci ildə oranı mühəndis-mexanik ixtisası üzrə bitirib.

O, institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki "Sintetik kauçuk" zavoduna göndərilib və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləyib.

1965-ci ildə Sumqayıtın "Superfosfat" zavodunun rəisi təyin olunub. 1967-ci ildə zavodun partiya təşkilatının katibi seçilib. 1971-ci ildə həmin zavodun direktoru təyin olunub.

SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu "Sumqayıtkimyasənaye" İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin edib. Bu, 36 yaşlı cavan kadr üçün həmin vaxt çox böyük vəzifə sayılırdı.

SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilir. Akademiyanın "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Heydər Əliyev onu Sumqayıt "Sintetik kauçuk" zavodunun rəhbəri təyin edir. Təyinatından az sonra həmin zavodun bazasında "Sintezkauçuk" İstehsalat Birliyi yaradılır və o, baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir.

O, 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifidir. Həmin ixtiralar da kimya istehsalatında tətbiq olunub. Sumqayıt şəhər Partiya Komitəsinin üzvü və dəfələrlə Sumqayıt şəhərinin deputatı seçilib. SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilib. Son illərdə "Azərkimya" Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışırdı.

O, 12 mart 2000-ci ildə, 61 yaşında vəfat edib.

Sumqayıt şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Harvard Universitetinin məzunu olan oğlu Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Oxşar xəbərlər