Masallı rayonunun Təzəkənd kəndində elektrik xətlərinin və transformatorların vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, yağış yağan kimi elektrik xətləri qırılır, transformatorlarda partlayışlar baş verir və kənd günlərlə işıqsız qalır. Bu vəziyyət sakinlərin gündəlik həyatını daha da çətinləşdirir.
Vətəndaşlar bildirirlər ki, əvvəlki illərdə elektrik xətlərində yaranan nasazlıqlar səbəbindən xeyli sayda mal-qara elektrik cərəyanının vurması nəticəsində tələf olub. Onların sözlərinə görə, mövcud vəziyyət həm insanların, həm də təsərrüfat heyvanlarının həyatı üçün təhlükə yaradır.
Şikayətçilər aidiyyəti qurumlardan elektrik xətlərinin və transformatorların yenilənməsini, problemin köklü şəkildə həll olunmasını istəyirlər.