Lənkəran sakini Yasamal rayonunda törətdiyi oğurluğa görə həbs edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.
Yasamal rayonunda yeniyetmənin mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq tutulub.
Araşdırma aparılır.