top
Savadlı etmək, yoxsa savadsızlığa sürükləmək? – 3 yaşlı uşaqların TƏHSİL QALMAQALI
08 dekabr 2024, 06:46
- ↺ +

Savadlı etmək, yoxsa savadsızlığa sürükləmək? – 3 yaşlı uşaqların TƏHSİL QALMAQALI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir”.

Yəqin ki, çoxunuz bu sitatı bir neçə gün əvvəl eşitmisiniz. Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək.

Nazirin bu açıqlaması son günlər xüsusən valideynlər arasında mənfi müzakirələr yaradıb. Bu yaş dövründə fiziki, emosional və sosial inkişafı hələ tam başa çatmamış uşaqları necə təhsilə cəlb edə bilərik?

3 yaşında məktəbə gedən uşağa hansı proqramla dərs keçiləcək? 6 yaşlı uşaqların proqramı 3 yaşlı uşaqlara tətbiq olunacaqmı?

Digər bir tərəf – 3 yaşında olan uşağın fikri oyunlarda olur. Bu fikirdən uşağı yayındırıb necə dərsə cəmləyəcəklər?

Bu barədə Bakuplus.az-a məsələni şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, 3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır:

“3 yaşlı uşaqların məktəbə başlaması məsələsi təhsil sistemində bir sıra mürəkkəb suallar yaradır və müxtəlif istiqamətlərdən təhlil tələb edir. İlk növbədə, 3 yaşında olan uşaqların fiziki və psixoloji inkişaf xüsusiyyətləri ilə hazırkı məktəbəqədər tədris proqramlarının uyğunluğu məsələsi önə çıxır. Bu yaşda uşaqların diqqəti çox qısa olur və onların əsas marağı oyun, sosial ünsiyyət üzərində qurulur. Bu səbəbdən, formal təhsil proqramlarının tətbiqi onların təbii inkişafını ləngidə bilər.

Azərbaycan təhsil sistemində 3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün mövcud imkanların vəziyyətinə nəzər saldıqda, məlum olur ki, ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır. 2019-cu ilin məlumatlarına əsasən, 2-5 yaşlı uşaqların yalnız 28,5%-i məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici sistemin erkən yaş qrupunda təhsil almaq istəyənlər üçün kifayət qədər hazırlıqlı olmadığını göstərir. Məktəbəqədər təhsil müəssisələrinin azlığı, kadr çatışmazlığı və infrastruktur problemləri bu prosesin qarşısında duran əsas maneələrdir”.

Təhsil eksperti bildirib ki, əgər hazırda 6 yaşlı uşaqlar üçün istifadə edilən proqram dəyişməz şəkildə tətbiq olunarsa, bu, böyük problemlər yaradacaq:

“Bundan əlavə, 3 yaşlı uşaqlar üçün hansı tədris proqramının tətbiq ediləcəyi sualı ortaya çıxır. Əgər hazırda 6 yaşlı uşaqlar üçün istifadə edilən proqram dəyişməz şəkildə tətbiq olunarsa, bu, böyük problemlərə səbəb ola bilər. 6 yaşlı uşaqların proqramı daha mürəkkəb və akademik məzmunludur, halbuki 3 yaşlı uşaqlar üçün oyun əsaslı və inkişafetdirici yanaşmalar daha uyğundur. Beynəlxalq təcrübəyə nəzər yetirdikdə, Finlandiya, İsveç və Estoniya kimi ölkələrdə məktəbəqədər təhsilin 3 yaşdan başladığını, lakin bu mərhələdə əsasən oyun və sosial ünsiyyətin inkişafına fokuslandığını görürük. Formal təhsil bu yaş qrupunda tətbiq edilmir, əksinə, təbii öyrənmə prosesləri dəstəklənir.

Azərbaycanda bu yanaşmanın tətbiqi üçün ciddi struktur dəyişiklikləri və əlavə investisiyalar tələb olunur. İlk növbədə, bu yaş qrupu ilə işləyə bilən ixtisaslı pedaqoqlar hazırlanmalıdır. Onların uşaqların psixoloji və emosional ehtiyaclarını dərk etməsi vacibdir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün təhlükəsiz, əyləncəli və yaradıcı mühit təmin etməlidir.

Sualın digər bir tərəfi, 3 yaşlı uşaqların sosial bacarıqlarının formalaşması və inkişafıdır. Erkən yaşda təhsilə başlamağın müsbət tərəfləri də var: məsələn, bu, uşaqlarda erkən yaşdan sosiallaşma bacarıqlarının inkişafına kömək edə bilər. Lakin bu, yalnız düzgün proqram və metodologiya seçildiyi halda effektiv ola bilər. Əks halda, 3 yaşlı uşaqların fikri və enerjisi məcburi tədris proseslərinə yönəldilərək onların oyun ehtiyacları nəzərə alınmasa, bu, mənfi nəticələrə səbəb ola bilər.

Son olaraq, təklif olunan bu dəyişikliklər ictimaiyyət arasında geniş müzakirə olunmalı və valideynlərin rəyini nəzərə almaqla həyata keçirilməlidir.

Əgər məqsəd uşaqların erkən yaşda təhsil sisteminə inteqrasiyasıdırsa, bu proses tədricən və müasir tələblərə uyğun şəkildə aparılmalıdır. Əks halda, bu cür təşəbbüslər həm uşaqlar, həm valideynlər, həm də təhsil sistemi üçün əlavə problemlər yaradacaq. 3 yaşlı uşaqlar üçün təhsil məsələsi həm elmi, həm də sosial kontekstdə geniş təhlil edilməli və yalnız bütün tərəflərdən səmərəli həll yolları tapıldıqdan sonra tətbiq edilməlidir”.

Təhsil nazirinin çoxlu müzakirələr doğuran bu açıqlamasından başqa bir sual yaranır. Bəs 3 yaşındakı uşağın psixi durumu bu təhsil sistemini götürə biləcəkmi?

Saytımızın sualını cavablandıran psixoloq Aytən Ələkəbrova deyir ki, 3 yaşlı uşaq üçün hansısa təhsil layihəsindən danışmaq olmaz:

“Əvvəla onu qeyd edim ki, yaş psixologiyasına əsasən, körpənin psixi inkişaf dövrü var. Bu dövr 3 yaşın axırlarına yaxın meydana gəlməyə başlayan fəaliyyət növləridir. Məsələn, oyun oynamaq, ətraf mühitlə bələdçilik uşaqların psixi inkişafının yaranmasına zəmin yaradır. Erkən uşaqlıq dövrü balacaların nitqə yiyələnməsidir ki, ən səmərəli dövr hesab edilir. Əgər bu dövrdə nitqə yiyələnmək imkanından məhrum olarsa, sonrada qüsuru aradan qaldırmaq çətin olur.

Məsələn, düşünün ki, 3 yaşlı uşaq bağçada verilən tapşırığı evdə təkrar edə bilmədiyi halda, valideyn əsəbiləşir və uşağın üzərinə gedir. Eyni halın məktəbdə verilən ev tapşırıqlarının yerinə yetirilməsi zamanı baş verəcəyini nəzərə alsaq, aqressiyaların yaranmasının qarşısını almaq daha da çətinləşəcək. Çünki 3 yaşda uşaqlar “Ana, gəzməyə gedək” cümləsini kimisi ağlayaraq, kimisi “Gəzmək, gəzmək” deyərək ifadə edir. Belə olan halda, biz hansı təhsil layihəsindən danışa bilərik? Bu yaşda uşaqların oyuncaqla oynayan yaşıdı. Beyninin inkişafı dövrüdür.

Təsəvvür edin ki, uşaq 2 yaşın sonunda 300-ə qədər, 3 yaşın sonunda isə təxminən 1500-ə qədər sözdən istifadə edə bilir. Belə təhsil layihəsi robotlaşmış uşaqlar böyüdəcək. Bir saytda gördüm ki, bankalarda uşaq yetişdirilir. Yəqin ki, təhsillə bağlı bu layihə həmin bankalardakı uşaqlara aid ediləcək. 9 ay ana bətnində böyüyüb, dünyaya gələn uşaqlara aid etmək alınmaz. Və uşaqları öz rollarından ayırarıqsa, gələcəkdə o uşaqlarda “Pieter Pen” (böyüməyən uşaq) sindromu yaranacaq”.

Bu da belə… Dahi yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin dediyi kimi:

“Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?”.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər