top
Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm... – Şəhiddən qalan son foto
22 sentyabr 2026, 10:09
- ↺ +

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onlar getdilər ki, biz qayıdaq – Qarabağa, Şuşaya, doğma torpaqlarımıza...

44 günün hər saniyəsi bir ömür, azad edilən hər qarış torpaq isə bir dastan oldu. Bu dastanı öz qanı ilə yazanlar var. Onlar Vətən oğullarıdır – üçrəngli bayraq enməsin deyə özləri göylərə yüksələn igidlər...

Modern.az-ın "Şəhidlərdən qalan son foto" rubrikasının budəfəki qəhrəmanı Vətən müharibəsi şəhidi Fərid Əsgərovdur.

Şəhidin anası İlhamə xanım və bacısı Fəridə Fəridin döyüş bölgəsində çəkilən son fotolarından, ailəsi ilə vida görüşündən və yaddaşlara həkk olunan son telefon danışığından söz açıblar.

Bəlkə də bu şəkilləri heç vaxt görməyəcəkdik:

Fəridin bacısının dediyinə görə, həmin fotolar təsadüf nəticəsində ailəyə gəlib çatıb. Əgər şəhidin silah yoldaşı onun qrup yoldaşı olmasaydı, bəlkə də ailə bu şəkilləri heç vaxt görməyəcəkdi:

"Fəridin son fotolarını bəlkə də heç görməyəcəkdik. Onun silah yoldaşlarından biri mənim qrup yoldaşım idi. Məni tapıb şəkilləri göndərəndə saatlarla qardaşımın baxışlarına, gülüşünə, duruşuna baxdım. O an bir daha anladım ki, mən qardaşımı, anam isə övladını Vətənə qurban vermişik".

Anası İlhamə xanım isə oğlunun son fotolarına hər baxanda onun yorğun, amma qürurlu gözlərini xatırlayır. Deyir ki, Fərid həyəcanlandığı zaman özünəməxsus şəkildə gülümsəyərdi. Son şəkillərindəki təbəssüm də anaya çox tanışdır:

"Bu fotolarda Fərid həm həyəcanını gülüşü ilə gizlədir, həm də torpaqlarımızın azad olunmasına görə xoşbəxt görünür. Baxışlarında yorğunluq var, amma balamın gözlərində böyük bir qürur hiss olunur".

Fərid doğma torpaqların azad edilməsinə görə xoşbəxt idi. Anası isə həmin fotolara hər baxanda oğlunun qürurunu görməklə yanaşı, dərin bir hüznə qərq olur.

Ailə Fəridlə sonuncu dəfə onun müharibəyə yollandığı gün görüşüb. Bundan sonra cəmi iki dəfə telefonla danışa biliblər. Bacısının sözlərinə görə, hər iki söhbət çox qısa çəkib. Son danışıq isə Fəridin şəhid olmasından təxminən 10–15 gün əvvəl baş tutub.

"Biz ona dedik ki, torpaqlarımız qayıdacaq, sən də qayıdacaqsan. Fərid dərindən nəfəs aldı və dedi: "Torpaqlarımız qayıdacaq. Buna mən də sizin kimi əminəm. Amma mən qayıtmaya bilərəm". Anamın cavab verməsini gözləmədən "Özünüzə yaxşı baxın, Allaha əmanət" deyib telefonu bağladı".

İlhamə xanımın yaddaşına həkk olunan ən təsirli məqamlardan biri də oğlunun müharibəyə getməzdən əvvəl ailənin hər bir üzvü ilə ayrıca şəkil çəkdirməsidir. Ana həmin anları indi bir vida kimi xatırlayır:

"Sanki hiss edirdi ki, bizi son dəfə görür, son dəfə qucaqlayır. İndi o şəkillərə baxanda Fəridin həmişəkindən daha gözəl, daha həvəsli göründüyünü düşünürük. Bəlkə də ailəsindən ayrılacağını, Vətən uğrunda canından keçəcəyini ürəyində hiss edirmiş..."

Fərid Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində dünyaya gəlib.

O, 2002-ci ildə Şəki şəhər 11 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2007-ci ildən təhsilini Lənkəran şəhər 6 nömrəli liseydə davam etdirib və 2012-ci ildə həmin liseyi bitirib.

Fərid 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olunub, 2017-ci ildə ali təhsilini başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda mühafizə idarəsində çalışıb.

2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Fərid Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. O, 2018-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Fərid könüllü şəkildə ordu sıralarına yazılıb. Oktyabrın 3-dən döyüşlərə qatılan gənc əsgər Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən əməliyyatlarda iştirak edib.

Fərid Əsgərov 2020-ci il noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, doğulduğu Neftçala rayonunun Qaçaqkənd kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərid Əsgərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.

Fərid ailəsinə qayıtmadı...

Amma onun inandığı kimi, torpaqlarımız qayıtdı. Özündən isə doğmalarına son fotoları, qürurlu baxışları və bir də heç vaxt unudulmayacaq bu sözləri qaldı:

"Torpaqlarımız qayıdacaq. Amma mən qayıtmaya bilərəm..."

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin xronikası: 11 oktyabr

Kriminal
Dünən, 17:02

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Bütün xəbərlər
Dünən, 16:04

Zəfərdən bir gün sonra şəhid olan lənkəranlı Şuşa fatehi

Bütün xəbərlər
Dünən, 14:47

Salyanda "Mercedes"lə qatar toqquşdu

Bütün xəbərlər
Dünən, 13:10

Lənkəranda dolu və güclü külək: aşan ağaclar evlərə ziyan vurub

Bütün xəbərlər
Dünən, 12:03

Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:11

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:03

Lənkərana dolu düşüb – Ağaclar aşıb

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Bütün xəbərlər
09 oktyabr 2026, 17:27

Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:30

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Bütün xəbərlər
09 oktyabr 2026, 15:15

Şagirdlər məktəbdə hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR

Bütün xəbərlər
09 oktyabr 2026, 14:40

Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
09 oktyabr 2026, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
09 oktyabr 2026, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
09 oktyabr 2026, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
09 oktyabr 2026, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
09 oktyabr 2026, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
09 oktyabr 2026, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
09 oktyabr 2026, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
09 oktyabr 2026, 09:17

Astaralı şəhidimizin anım günüdür

Oxşar xəbərlər