Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.
Hücum zamanı bir neçə dron rəisin otağını hədəf götürüb. Otaq və bütün mərtəbə tamamilə dağılıb.
Rüstəm təhlükə hiss edən kimi otağı tərk etdiyi üçün xəsarət almayıb. İdarədə olan polislər arasında ölən olmayıb.
Qeyd edək ki, Rüstəm 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.
Mənbə: report