Düşmən Ermənistanın keçirdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun şəhidlərinin sayı 79 nəfərə çatıb.
Qeyd edək ki, yaralı hərbi qulluqçularımızın sayı 282 nəfər olub. Onlardan
43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Həmçinin, təxribat nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Onlardan 1 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digərinin isə vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.