Bu gün Vətən müharibəsi şəhidimiz - Ramin Bayramovun ad günüdür.
Ramin Hüseynağa oğlu Bayramov 1979-cu il oktyabrın 8-də Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb.
2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi alıb, sonda zabit kimi ehtiyata buraxılıb.
Vətən müharibəsində könüllü iştirak edib. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci il noyabrın 10-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə " medalları ilə təltif edilib.