Masallıdan olan şəhid Elşad Hüseynovun məzarına baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 fevral tarixində verir.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi l Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidimizin xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.