top
Yardımlıda İlk Tunc dövrünə aid kurqanda arxeoloji qazıntılar aparılıb
15 sentyabr 2026, 16:00
- ↺ +

Yardımlıda İlk Tunc dövrünə aid kurqanda arxeoloji qazıntılar aparılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Yardımlı arxeoloji ekspedisiyası" tərəfindən Yardımlı rayonu ərazisində yerləşən Ökü kurqanlarından birində arxeoloji qazıntılar başa çatdırılıb.

Cenublu.az xəbər verir ki, İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə aparılan qazıntılar zamanı kurqanda maraqlı dəfn adətləri müəyyən edilib.

Ökü kurqanları Yardımlı-Arvana şosse yolunun sağ tərəfində, yoldan 1,5 kilometr şimal-şərqdə, Qayabaşı adlanan hündür dağ silsiləsinin ətəyində yerləşir. Dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşən kurqanın qazıntısı zamanı bunun nisbətən alçaq təbii təpə üzərində qaya daşları ilə sıx örtülmüş qəbir abidəsi olduğu müəyyən edilib.

Arxeoloji qazıntılar nəticəsində kurqanın şərq və cənub-şərq tərəfində bir-birinə yaxın beş insan dəfni aşkar olunub. Ərazinin sərt torpaq relyefi və ümumi landşaft xüsusiyyətləri burada dəfnlərin dayaz qazılmış qəbir kameraları ilə tamamlandığını göstərib.

Qəbirlər, bir qayda olaraq, insan dəfnlərinin ətrafına daşlar düzülməklə salınıb. Maraqlı xüsusiyyətlərdən biri də dəfnlərin müxtəlif formada olmasıdır. Burada sağ yanı üstə sıx bükülü, arxası üstə uzadılmış, hətta dik vəziyyətdə, gil qabın içərisində parçalanmış şəkildə dəfn edilmiş insan skeletlərinə də rast gəlinib. Analoji dəfnlər 2019-cu ildə Yardımlının Komanı yaylaqlarında aparılan qazıntılar zamanı da aşkar edilərək tədqiq olunub.

Ökü kurqanından aşkar edilən arxeoloji materiallar əsasən qırmızı rəngli, qum tərkibli və "ələ bulanan" xassəyə malik keramika nümunələrindən ibarətdir. Fraqmentlər halında tapılmasına baxmayaraq, qabların tipoloji xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Bunlar küpə, kuzə və miniatür qab qırıqlarıdır.

Kurqanın ən maraqlı xüsusiyyətlərindən biri isə daşdan yonulmuş insan bütlərinin və müxtəlif əmək alətlərinin aşkar edilməsidir.

Qəbirlərin baş tərəfində yerləşən bəzi qaya daşlarının üzərində qazıma üsulu ilə həndəsi motivli işarələr və "həyat ağacı" təsviri də müəyyən edilib. Bu tapıntıların Ökü abidələrinin xüsusiyyətlərinin gələcəkdə daha dərindən öyrənilməsinə imkan verəcəyi bildirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:32

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

İqtisadiyyat
Bu gün, 11:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Oxşar xəbərlər