Sosial şəbəkələrdə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində yük avtomobilinin sürücüsünün hərəkət zamanı sol ayağını pəncərədən çıxardığını əks etdirən görüntülər yayılıb.
Hadisə ilə bağlı Baş DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Elvin Hacıyev bildirib ki, sözügedən videogörüntü əsasında sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
O qeyd edib ki, nəqliyyat vasitəsini idarə edərkən bu cür intizamsızlığa yol verilməsi yol hərəkətinin təhlükəsizliyinə ciddi təhdid yaradır:
"Digər hərəkət iştirakçılarının narazılığına və haqlı ictimai qınağa səbəb olan belə hərəkətlər yolverilməzdir".
Mənbə: bakupost.аz