Astara rayonunun Ojakəran kəndi ətrafındakı meşələrdə “Qırmızı kitab”a düşən ağaclara ziyan dəyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.
Belə ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdən aydın görünür ki, ağacların bəziləri yandırılıb, bəziləri kimyəvi maye tökmək üçün deşilib, bəzilərini də kəsərək məhv etməyə çalışıblar.

