Astara Rayon İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirib. Bu haqda bu gün, 13 mart tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.
Artupa kənd sakinləri ilə keçirilən görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. İcra başçısı görüşə görə əhaliyə minnətdarlıq edərək səslənən təkliflərə münasibət bildirib və müraciətlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib.
Sonda icra başçısı sakinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, xoş arzularını bildirib.
[caption id="attachment_35076" align="alignnone" width="336"]
Astara RİH[/caption]
