Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Təngərüdçayın Astara rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Astara rayon sakini Gülverdi Baxşiyev olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov aləti götürülüb.
Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.