top
“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” - Yardımlı sakinləri
14 oktyabr 2025, 03:21
- +

“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” - Yardımlı sakinləri

“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir. Buna səbəb Yardımlı rayon Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbində 10-cu sinfin bağlanmasıdır”. 

Bu şikayətlə “Qafqazinfo”ya sözügedən sinifdə təhsil alan şagirdlərin valideynləri müraciət edib.

Onlar bildirib ki, sinifdə 4 nəfər olduğu üçün bu addım atılıb: “4 şagird idilər, bir uşaq da qonşu Gölyeri kəndindən gəlməli idi. Ancaq onun qeydiyyatı gecikdiyi üçün sistemdə 4 nəfər göstərildi. Bu da sinfin bağlanmasına səbəb oldu”.

Valideynlərin sözlərinə görə, şagirdlərə qonşu kənd məktəblərinə getməli olduqları bildirilib: “Məktəbə və müvafiq qurumlara məsələ ilə bağlı müraciət etdik. Lakin bizə “Bu sinif açıla bilməz. Övladlarınızın təhsil alması üçün qonşu kənd məktəblərinə gedə bilərsiniz” cavabını verdilər. Ancaq bu bizə sərf etmir. Nəzərdə tutulan qonşu kənd məktəbləri çox uzaqdır. Bu, həm bizə, həm də uşaqlara çətinlik yaradır. Şagirdlər sentyabrın 15-dən bir dəfə də olsun, dərsə gedə bilməyib. Bu qədər müddətdir təhsilsiz qalıblar. Biz istəyirik ki, sinif tez zamanda bərpa olsun, onların təhsilini davam etdirə bilək”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və “Ümumi təhsil haqqında” Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.

Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib”.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
Bu gün, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
Bu gün, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:50

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:31

FHN sürücülərə müraciət edib

İqtisadiyyat
Bu gün, 11:00

Azərbaycan nefti 121 dollara satılıb

Kriminal
Bu gün, 10:30

Anasına kobud rəftar etdi: ana oğlunu mirasdan məhrum etdirdi

Kriminal
Bu gün, 09:42

Lənkəranda yeniyetmə döyülüb: şübhəli bilinən şəxs saxlanılıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:13

Bu gün Milli Musiqi Günüdür

Bütün xəbərlər
Dünən, 17:16

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:25

Lerikdə zəlzələ olub

Bütün xəbərlər
Dünən, 16:00

Famil Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İdman
Dünən, 15:25

Lənkəranda uşaqlar üçün əyləncəli idman tədbiri təşkil olunub

Bütün xəbərlər
Dünən, 14:50

Azərbaycanda məktəblərdə yeni təhsil modeli genişləndirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:30

Uşaq evində böyüyən gənc Lənkəran Dövlət Universitetinə qəbul olub

Bütün xəbərlər
Dünən, 12:50

Milli Məclisdə Lənkərandan Monqolustana uçuşların keçirilməsi təklif edilir

Bütün xəbərlər
Dünən, 12:13

Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:30

Bu il neçə üçəm doğulub?

Bütün xəbərlər
Dünən, 10:55

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Oxşar xəbərlər