Salyanda motosiklet piyadanı vuraraq öldürüb.
Hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, "Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az