Bu gün Vətən müharibəsi şəhidi Səfər Həsənovun doğum günüdür.
Şəhid Səfər Elmar oğlu Həsənov 18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub.
Vətən müharibəsinin iştirakçısı olan Səfər Həsənov oktyabrın 17-də Suqovuşan istiqamətində, 530 metr yüksəklikdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları, həmçinin "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.