Azərbaycanda məktəblərdə yeni təhsil modeli genişləndirilir.
Cenublu.az xəbər verir ki, yeni profil təhsil modelinin daha çox məktəb və şagirdi əhatə etməsi nəzərdə tutulur. Tədrisin şagirdlərin maraq və bacarıqları nəzərə alınmaqla təşkil edilməsi planlaşdırılır.
Bununla yanaşı, təhsil ekspertləri yeni modelin müəyyən çətinliklər yarada biləcəyini bildirirlər. Mütəxəssislər qeyri-bərabər dərs yükü, hazırlıqlı kadr çatışmazlığı və şagirdlərin ümumi dünyagörüşünün daralması risklərinə diqqət çəkirlər.