Cəlilabad rayonunun Alar kəndində yol kənarına atılan məişət tullantıları sakinlərin narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, əraziyə səpələnən tullantılar yol kənarında xoşagəlməz mənzərə yaradıb və buranı zibil poliqonuna bənzədib.
Şikayətçilərin sözlərinə görə, tullantıların əraziyə atılmasında vətəndaşların da məsuliyyəti var. Lakin ərazinin vaxtında təmizlənməsi və zibillənmənin qarşısının alınması üçün aidiyyəti qurumların nəzarəti gücləndirməsi vacibdir.
Sakinlər ərazinin mütəmadi təmizlənməsini və tullantıların müəyyən olunmuş yerlərə atılmasına nəzarətin artırılmasını istəyirlər.