İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda vətəndaşları dinləyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 fevral tarixində verir.
Qəbulda Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinləri olmaqla 61 vətəndaş iştirak edib. Onlar daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciətlər səsləndiriblər.
Qaldırılan bəzi məsələlər dərhal həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb.