Azərbaycanda seysmoloji aktivliyin daha çox olduğu bölgələr açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 mart tarixində Apa.az-a istinadən verir.
Bakı Dövlət Universitetində "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda keçirilən görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bu ilin əvvəlindən mart ayının 7-nə kimi hazırlanmış xəritədən görünür ki, seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran və Astara zonasının payına düşür.
Qurban Yetirmişli, həmçinin qeyd edib ki, mərkəzin beynəlxalq əlaqələri çox genişdir:
“30-dan çox ölkə ilə əlaqəmiz var. 2017-ci ildən ölkəmizdə Amerikanın seysmik stansiyaları quraşdırılıb. Eyni zamanda, Oksford Universiteti ilə keçən ildən seysmoloji tədqiqatlar aparırıq”.