Masallı Rayonu İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memarı vəzifəsindən azad edilib. Bu haqda məumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq əmrinə əsasən, Həsənov İbrahim Əliməmməd oğlu vəzifəsindən azad olunub. O, bu vəzifəyə 2023-cü ilin iyununda təyin edilmişdi.
Qeyd edək ki, İbrahim Həsənov 1963-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. İxtisasca mühəndis-hidrotexnikdir.