Cüdo üzrə Zona birinciliyində müvəffəqiyyətlər əldə etmiş masallılı idmançılarla görüş keçirilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Görüşdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov balaca idmançılarla həmsöhbət olub. Cüdo üzrə Əməkdar məşqçi Xanağa Quliyevin rəhbərliyi altında çıxış edən gənc idmançılara növbəti yarışlarda uğurlar arzu edib.
Qeyd edək ki, 25 nəfərlə zona birinciliyinə qatılan Masallı komandasında 16 nəfər müxtəlif yerlərə layiq görülüb. Göstəricilərə görə komanda birinci yerdə qərarlaşıb.