Masallıdan olan jurnalist Bəhmən Abuşov 74 yaşında dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Bəhmən Abuşov 10 fevral 1950-ci il tarixində Böyük Xocavar kəndində doğulub. O, orta təhsilini Sumqayıtda alıb və uzun illər Sumqayıtda yaşayıb. 1971-1977-ci illərdə ADU-nun Jurnalistika fakültəsində təhsil alıb.
1974-cü ildən mətbuat sahəsində çalışırdı. 1980-1994-cü illərdə “Sintez” qəzetinin redaktoru olub. 1986-cı ildə “Sintez” qəzeti diploma layiq görülüb.
Sonra uzun müddət “Üzvi Sintez” zavodunun radio verilişləri redaksiyasının redaktoru olub. "Azərbaycan kimyaçısı” qəzetinin “Üzvi Sintez” zavodu üzrə xüsusi müxbiri kimi çalışıb. Redaktor fəaliyyəti dövründə əsl jurnalistika məktəbi yarada bilib.
1977-ci ildən Jurnalistlər Birliyinin üzvü olub.