Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı İsveçrənin Sürix şəhərində keçirilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2023) fərqlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
16-25 iyul tarixlərində keçirilən olimpiadada Azərbaycanı təmsil edən 4 şagirddən biri Dəniz Zaur qızı Səttarlı olimpiadanın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, olimpiadada 107 ölkə üzrə 321 şagird iştirak edib.
Məlumat üçün bildirək ki, Dəniz Səttarlı bu il dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) 82.300 dollar təqaüdlə qəbul olub. O, həmçinin dəfələrlə beynəlxalq olimpiadalarda iştirak edərək bürünc medallara sahib olub.