Masallı rayonunda avqustun 23-də baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar əmələ gəlib, bir ev isə yararsız hala düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində Report-a istinadən verir.
Belə ki, zəlzələnin fəsadları daha çox rayonun Hişkədərə kənd ərazi vahidliyinə daxil olan kəndlərdə qeydə alınıb. Sakinlərin müraciətləri üzrə evlərə baxış keçirilib və qeydə alınan vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət olunub.
Baxış nəticəsində Mişkəmi kənd sakini Cahan Kərimovaya məxsus evin zəlzələdən sonra qəzalı vəziyyətə düşməsi qeydə alınıb.
Qeyd edək ki, yerli qurumlar zəlzələnin törətdiyi fəsadlar barədə sakinlər tərəfindən məlumatlandırılıb.