Masallı rayonunun Mahmudavar kəndində yanğın olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın zamanı ümumi sahəsi 75 kv.m olan tövlənin yanar konstruksiyaları 25 kv.m sahədə və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.