Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Masallı rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 fevral tarixində verir.
Belə ki, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri “Qəhrəmanlar parkı”na gələrək, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək düzüb, faciə qurbanlarının ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.