Masallı rayonunun Birinci Yeddioymaq kəndində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 fevral tarixində verir.
Ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə alışıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.