Masallı rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Hadisə rayonun Böyük Kolatan kəndində qeydə alınıb. 7 ha biçilmiş taxıl sahəsi və ümumi sahəsi 140 kv.m olan tövlənin dam ortüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsini və əkin sahəsini yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb