Masallı Gənclər Evində Xocalı Soyqırımı Gününün ildönümü ilə əlaqədar film təqdim olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
“Sonsuz Dəhliz” filmi 21 fevral tarixində saat 15:00-da nümayiş ediləcək.
Filmin təqdimatı “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Sosial fəaliyyətlər klubu” çərçivəsində baş tutacaq.