Masallıda “Qarabağ şəhidləri” adlı abidə yüksəldilir. Bu haqda bu gün, 25 noyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Qarabağ abidə kompleksi Masallı rayon Təzəkənd kənd tam orta məktəbində tikilir. Təzəkənd kənd ərazi nümayəndəliyi və Təzəkənd kənd tam orta məktəbinin dəstəyi ilə ucaldılan abidənin artıq bünövrəsi tökülüb və müəyyən hündürlüyə qaldırılıb.