Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Görüşdə rayon rəhbəri ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Şəhid ailələri ilə görüş zamanı rayon rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq səmimi həmsöhbət olub, təklif və müraciətlərini dinləyib.