Masallıda qonşusunun evindən 18.000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18.000 manat dəyərində qızıl-zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.