top
Masallıda qaynını öldürməyə cəhd göstərən qadın 11 il 3 ay müddətinə həbs olunub
23 avqust 2023, 07:02
- +

Masallıda qaynını öldürməyə cəhd göstərən qadın 11 il 3 ay müddətinə həbs olunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda qaynını öldürməyə cəhddə təqsirləndirilən Mələk Ağayevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində Pravda.az-a istinadən verir.

Hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, hadisə 18 may 2021-ci il tarixində Masallı rayonunun Çaxırlı kəndində qeydə alınıb. 31 yaşlı Mələk Ağayeva ərinin qardaşı Qalib Ağayevlə (şərti) mübahisə edib. Belə ki, Qalib qadına bildirib ki, ərinə xəyanət etməsindən şübhələnir və buna görə onu ifşa edəcək. Mələk qaynı ilə aralarında yaranmış narazılıqla əlaqədar onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Mələk 18 may 2021-ci il tarixdə saat 6 radələrində yaşadıqları evdən mətbəx bıçağını götürüb və zərərçəkmiş şəxsin yatdığı otağa daxil olub. Otaqda Qalib iki azyaşlı uşağı ilə yatırmış. Bu zaman uşaqlardan biri yuxudan oyanıb. Qadın həmin uşağın gözü qarşısında çarpayıda arxası üstə yatan qaynının döş qəfəsinə bıçaqla qəsdən bir dəfə zərbə vurub. Zərərçəkmiş şəxsin həmin xəsarətdən öləcəyini zənn edən Mələk hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Mələk Ağayeva polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə istintaqı zamanı Mələk Ağayeva ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:16

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bütün xəbərlər
Bu gün, 16:03

Sabah külək əsəcək, leysan yağacaq - PROQNOZ

Kriminal
Bu gün, 15:02

Dələduzluq edən 8 nəfər saxlanıldı

Cəmiyyət
Bu gün, 14:00

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Cəmiyyət
Bu gün, 13:00

Lənkəranda əsas yollarda işıqlandırma problemi: Dirəklər var, işıqlar yanmır

Bütün xəbərlər
Bu gün, 12:30

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Kriminal
Bu gün, 12:00

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Bu gün, 11:01

Cəlilabadlı şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 10:00

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Kriminal
Bu gün, 09:31

Astarada 21 yaşlı qızın meyiti tapıldı

Faydalı
Bu gün, 09:00

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Cəmiyyət
Dünən, 18:00

Soyuqbulaqda elektrik xətləri təhlükə saçır

Bütün xəbərlər
Dünən, 17:26

Bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Cəmiyyət
Dünən, 17:02

Masallının kənd yolu illərdir baxımsız qalıb

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran məktəbinin köçürülməsi iddiaları ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:15

DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bütün xəbərlər
Dünən, 14:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:02

Sabah leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:30

Lənkəranda açıq sahələrdə yanğınlar söndürülüb

Kriminal
Dünən, 12:55

Sabirabad sakini azyaşlı qohumu ilə cinsi əlaqəyə görə həbs edildi

Kriminal
Dünən, 12:20

Ötən gün 62 cinayətin açılması təmin olunub

İqtisadiyyat
Dünən, 11:40

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Bütün xəbərlər
Dünən, 11:03

Magistraturaya qeydiyyat başa çatıb

Faydalı
Dünən, 10:34

Lerikdə uşağı hansı yaradıcılıq dərnəyinə yazdırmaq olar? – ÜNVANLAR VƏ ƏLAQƏ

Oxşar xəbərlər