Masallıda “Laçın günü”nə həsr olunmuş “Parabüzən” filminin nümayişi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 avqust tarixində verir.
Film Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kino zalında mədəniyyət işçiləri üçün nümayiş etdirilib.
Filmdə 1993-cü ilin aprel-may aylarında Laçın və Kəlbəcər rayonlarının ərazisində mühasirədə qalmış 19 nəfərin başına gələn hadisədən bəhs olunur. Çəkilişlər Kəlbəcər, Laçının Oğuldərə və mühasirədən çıxarılan Güləbird kəndində aparılıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayaz Mirzəyevdir.