top
Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlı təlim baş tutub
12 dekabr 2022, 23:17
- +

Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlı təlim baş tutub

Masallıda polis əməkdaşları məktəblilər üçün maarifləndirici görüş keçiriblər. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Təzə Alvadı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” devizi ilə maarifləndirici tədbir baş tutub.

Çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkomaniya əleyhinə keçirilən tədbirlər, narkomaniyanın fəsadları, ondan qorunmağın yolları barədə məlumat verib. Narkotikin insana mənəvi, fiziki və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, yeniyetmə və gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb. Mövzular ətrafında edilən çıxışlarda bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd olunub, məktəblilərə layiqli vətəndaş olmaları, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərmələri, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunub.

Sonda məktəblilərlə müzakirə edilən mövzulara dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Saatlı Peşə Liseyində YENİ TƏYİNAT

Bütün xəbərlər
Bu gün, 17:30

Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər

Bütün xəbərlər
Bu gün, 17:00

Neftçalada "Erkən müayinə can qurtarır!" aksiyası təşkil olunub

Kriminal
Bu gün, 14:30

Polis 23 kiloqramdan çox narkotik vasitə aşkarladı

Kriminal
Bu gün, 14:00

Dələduzluq edən 8 nəfər saxlanılıb

İqtisadiyyat
Bu gün, 13:26

MİDA-da güzəştli mənzil seçimi dəyişir: Aparat rəhbəri yeni qaydaları açıqlayıb

Bütün xəbərlər
Bu gün, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:30

Şəhid Fərhad Məlikzadənin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:30

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:00

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib

İqtisadiyyat
Bu gün, 10:32

Bu ilin ilk 6 ayında 285 nəfər qəzada ölüb

Bütün xəbərlər
Bu gün, 09:50

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:18

Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb

Bütün xəbərlər
Dünən, 17:00

Lənkəranda gənclərə rəqəmsal mühitdəki gizli narkotik riskləri izah olunub

Bütün xəbərlər
Dünən, 16:30

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlanıb

Bütün xəbərlər
Dünən, 16:00

Rayonlarda sel və dolu xəbərdarlığı verildi

Bütün xəbərlər
Dünən, 15:30

Kolleclərə qeydiyyat başladı

Bütün xəbərlər
Dünən, 15:00

Aşağı Nüvədi kəndində sahibsiz itlər sakinləri qorxuya salıb - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 14:00

Masallıda 13 yaşlı qız ana oldu: Sevgilisinə şərti həbs

Bütün xəbərlər
Dünən, 13:30

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!

Bütün xəbərlər
Dünən, 13:00

Sabah Astaranın üç kəndində qaz olmayacaq

Kriminal
Dünən, 12:30

Biləsuvarda kişi arvadını dağladı – Məhkəmə

Kriminal
Dünən, 12:00

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Oxşar xəbərlər