Masallı rayon Mahmudavar kənd tam orta məktəbində şagirdlərin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 fevral tarixində verir.
Görüşə məktəb rəhbəri, müəllimlər, Rayon Təhsil Sektorunun baş məsləhətçisi Samit İslamov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Samid müəllim və valideynlər qatılıblar.
Təbirin keçirilməsində əsas məqsəd məktəbdə psixoloji xidmətin artırılması, şagird davranış qaydalarının tətbiqinin genişləndirilməsi, məktəbdə sağlam mühitin yaradılmasıdır.