Masallı rayonunda 11 saylı meşə dolayının ərazisində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı taxta konstruksiyalardan ibarət kottec yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə rayonun Qəriblər kəndində baş verib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Digər kotteclər və meşə ərazisi yanğından mühafizə olunub.