Masallıda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində iməcilik baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 aprel tarixində verir.
İməcilik işləri Viləş kənd Yaradıcılıq Evinin əməkdaşları tərəfindən müəssisənin yerləşdiyi ərazidə keçirilib. Belə ki, tədbir çərçivəsində ağac dibləri ağardılıb, ərazi kol-kosdan təmizlənib, gül kolları və ağaclara qulluq edilib.