Masallıda "Gənclərin düşüncələri" adlı sorğu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində verir.
Sorğu Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev adına Xatirə Parkında keçirilib.
Məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin maraqlarının müəyyən olunması və gələcəkdə onlar üçün daha effektiv imkanların yaradılmasıdır.
Sorğuda 30 nəfər gənc iştirak edib.