Masallıda “Birinci xanım” filmi nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 avqust tarixində verir.
Film Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kino zalında mədəniyyət işçiləri və gənclər üçün nümayiş olunub.
Azərbaycan televiziyası tərəfindən hazırlanan “Birinci xanım” adlı sənədli filmdə Mehriban Əliyevanın həyatı, fəaliyyəti barədə ətraflı məlumat verilib, keçirdiyi görüşlər, vətəndaşlarla səmimi anlar, ən təsirli nitqlərindən hissələr yer alıb.