Masallı rayonunda zəlzələ baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.