Masallı rayonunun Yeni Zuvand kəndində tövlədə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 32 kv.m olan tövlənin 25 kv.m sahədə yanar konstruksiyaları və çardağına yığılan 6 ton ot bağlamasının 1 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.