Masallı rayonunun Yeni Zuvand kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan tövlənin 30 kv.m sahədə yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.