Masallı rayonu, Sərçuvar kəndində Azərbaycanın Milli qəhrəmanı Məmmədov Səfəralı Qurban oğlunun ev-muzeyinə gedən yola asfalt döşənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Masallı RİH-yə istinadən verir.
Belə ki, yolun 350 metr hissəsində asfaltlanma işləri aparılıb. İşlər 47 nömrəli Masallı Yol İdarəsi tərəfindən görülüb.