Masallı Regional Dövlət Kollecinə yeni direktor təyin edilib.
Cenublu.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, direktor vəzifəsinə Rövşən Qurbanov təyinat alıb.
Rövşən Qurbanov 1978-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub.
O, Filologiya elmiləri üzrə fəlsəfə doktorudur. Masallı Dövlət Regional Kollecində müəllim kimi çalışıb.
R.Qurbanov eyni zamanda Təzə Alvadı "Xeyriyyə Cəmiyyətinin" sədridir.