Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Hüseynhacılı kənd sakini Mərkiz Qulam qızı Cahangirovanın xahişi ilə onun evində olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində Masallı Xəbərləri-nə istinadən verir.
Belə ki, icra başçısı tək yaşayan Mərkiz Cahangirovanın yaşayış şəraiti ilə maraqlanıb və aidiyyəti təşkilat rəhbərlərinə onunla bağlı müvafiq göstərişlər verib.